')

Bu gün:


FutbolPress.Az | Hakimləri təhqir edən futbolçuya ağır cəza

Hakimləri təhqir edən futbolçuya ağır cəza


oxunma sayı: 172 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Zirə” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalandırıb, klub 3200 manat cərimə edilib.

Əvəzedici heyətlərin XXVI turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimələnib.

I Divizionun XXIV turunun “Turan Tovuz” – MOİK matçında “Turan Tovuz” və MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.


oxunma sayı: 172 | Paylaş:




?>