')

Bu gün:


FutbolPress.Az | Şehiç 100-ə çatdı

Şehiç 100-ə çatdı


oxunma sayı: 237 Paylaş:

FutbolPress“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. “İnter”lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. 3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/14 mövsümündən “Qarabağ”da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.

O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İbrahimə qədər yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. “İnter”in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. 7 mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb.

Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.


oxunma sayı: 237 | Paylaş:




?>