')

Bu gün:


FutbolPress.Az | Futbol jurnalistikası təlimi başladı (FOTOLAR)

Futbol jurnalistikası təlimi başladı (FOTOLAR)


oxunma sayı: 272 Paylaş:

FutbolPressBu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında ADBTİA-nın İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi başlayıb.

Təcrübəli təlimatçı Dan Meysonun rəhbərliyi ilə keçirilən təlimdə əvvəlcə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova proqramda nəzərdə tutulan məsələlər barədə danışıb, ardınca AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla qısa çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayevanın salamlama nitqindən sonra təlim proqram üzrə öz işinə başlayıb
.

Futbol jurnalistikası təliminə aprelin 18-də yekun vurulacaq.







oxunma sayı: 272 | Paylaş:




?>