')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" 5-ci dəfə, "Neftçi"dən ilk

"Qarabağ" 5-ci dəfə, "Neftçi"dən ilk


oxunma sayı: 263 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 2016/17 mövsümünün XXVI turunda iki böyükhesablı nəticə qeydə alınıb. Öncə “Neftçi” paytaxt derbisində AZAL-ı 4 cavabsız qolla məğlub edib. Bu, mövsümdə 10-cu dəfə belə nəticə olub. Sonuncu dəfə 2 il 6 ay əvvəl – 2014-cü il noyabrın 2-də elə AZAL-la matçda belə uğura sevinən (4:0) “ağ-qaralar” mövsümdə ilk belə qələbəsini qazanıb. “Ağ-qaralar” cari mövsümdə mükafatçılar sırasına düşməyən komandalar arasında yeganə komandadır ki, belə qələbə qazanıb. Əvvəlki böyükhesablı qələbələrin hamısı ilk “üçlük”də qərarlaşan və mükafatı təmin edənlərin hesabındadır.

Turun ikinci günündə “İnter”i 3:0 hesabı ilə yenən “Qarabağ”  mövsümün 11-ci, özünün 5-ci uğuruna imza atıb. “Qəbələ” 3, “İnter” 2, “Neftçi” 1 dəfə 3 və ya daha çox top fərqilə qalib gəlib. “İnter” isə mövsümdə ilk dəfə belə fərqlə uduzub. Ağır məğlubiyyət alan klublara gəlincə isə AZAL 4, “Neftçi” 3, “Sumqayıt” 2, “Kəpəz”, “İnter” 1 dəfə üzülüb.


oxunma sayı: 263 | Paylaş:




?>