"Qarabağ" ölkə futbolu tarixinə düşdü
Paylaş:
Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün çempionu müəyyənləşib.
Ağdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib. Əyalət təmsilçisi “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub.
Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm 1-ci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.
Ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan çempionu olub.
1992
“Neftçi” (Bakı)
1993
“Qarabağ” (Ağdam)
1993/94
“Turan” (Tovuz)
1994/95
“Kəpəz” (Gəncə)
1995/96
“Neftçi” (Bakı)
1996/97
“Neftçi” (Bakı)
1997/98
“Kəpəz” (Gəncə)
1998/99
“Kəpəz” (Gəncə)
1999/2000
“Şəmkir”
2000/01
“Şəmkir”
2001/02
yarımçıq qalıb
2003/04
“Neftçi” (Bakı)
2004/05
“Neftçi” (Bakı)
2005/06
“Bakı”
2006/07
“Xəzər Lənkəran”
2007/08
“İnter” (Bakı)
2008/09
“Bakı”
2009/10
“İnter” (Bakı)
2010/11
“Neftçi” (Bakı)
2011/12
“Neftçi” (Bakı)
2012/13
“Neftçi” (Bakı)
2013/14
"Qarabağ" (Ağdam)
2014/15
"Qarabağ" (Ağdam)
2015/16
"Qarabağ" (Ağdam)
2016/17
"Qarabağ" (Ağdam)
| Paylaş: