')

Bu gün:


FutbolPress.Az | "Heyətdə ciddi dəyişikliklər olacaq" - Qurban Qurbanov

"Heyətdə ciddi dəyişikliklər olacaq" - Qurban Qurbanov


oxunma sayı: 604 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVI turun “İnter” – “Qarabağ” (0:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Quban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Komandamı tərik edirəm. Bu  gün göstərdikləri oyuna gör. Azarkeşlərimizi d həmçinin. Hər il çempion adını qorumaq vəzifəmizdir. Buna layiq olmaq xoşdur. "İnter"i isə bu ilin komandası adlandırmaq olar. Çətinliklərə baxmayaraq, ayiqli oyun göstərirdilər. Çox yaxşı çıxış edb nəticə qalandılar. Olara da uğur arzulayıram".

- "Qarabağ" 5-ci dəfə çempion oldu. Komandanızın çıxışına "əla" qiymət vermək olarmı?
- Əgər biz maksimum nəticə əldə etmişiksə, "əla" qiymət vermək olar. Amma bu o demək deyil ki, hər şey idealdır. Çox çətinliklərimiz oldu. Şükür Allaha, 4-cü dəfə ardıcıl çempion olduq. Çalışdıq ki, istək daim qalsın və futbolçularımızda nəticə qazanaq. Komandaya pis qiymət vermək olmaz.

- Azərbaycan futbolunda ilk dəfə hansısa komanda 4 dəfə ardıcıl çempion oldu. Bu, kubokun finalında əlavə motivasiya verəcəkmi?
- 4 dəfə ardıcıl çempion olmaq xoşdur. Bu, bizim işimizdir. İdmançı maksimum nəticə üçün çalışmalıdır. Çətin olsa da, buna nail olmağı bacardıq. Motivasiya verib-verməyəcəyini demək olmaz. Çünki tamam fərqli turnirdir.

- Qarşıdakı oyunlarda əsas heyət futbolçularına istirahət verəcəksizmi?
- Qarşıdakı oyunlardaoyunçulara istirahət verməyəcəm. Bu il o qədər də çox oyun keçirməmişik. Oyun təcrübəsinini artırmalıyıq. Komandaya istirahət verməyi düşünmürəm. Kim hazır olsa, o da oynayacaq. İstirahət üçün vaxtları çox olacaq.

- Artıq sabahdan Çempionlar liqasını düşünməyə başlayacağınızı demək olarmı?
- Bu gün sabah demək olmaz. Amma buna tezliklə başlayacağıq. Bir neçə transferlərimiz olacaq. Heyəti genişləndirməliyik. Çünki zədəlilərimiz çoxdur və dəyişiklik üçün geniş heyətə ehtiyac var. Ciddi dəyişikliklər edəcəyik. Bəzi oyunçularla danışıq aparırıq. Nə olacağıı indidən demək olmaz.

- Onların arasında yerli oyunçular varmı?
- Yox, hazırda yerli oyunçularla danışıq aparmırıq.

- Hansı mövqelərdə yeni oyunçulara ehtiyac daha çoxdur?
- Bu gün bizim maksimumuz çempion olmaq idi. Sonrakılara isə hazırlaşmaq lazımdır. Hər xətdə dəyişiklik etməliyik. Heç bir mövqedə problem qalmamalıdır. Həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xəttində dəyişikliklər etməliyik.

- Bıdavi Hüseynovla ilə Dani Kintananın durumu nə yerdədir?
- Kintana hazırlıq müddətində qoşulacaq. Onda da tam hazır olmayacaq. Bədavi isə artıq komanda ilə birgə məşq edir. Amma hələ tam hazır deyil və oynaya bilmir. "Sumqayıt"la oyunda meydana çıxa bilər.

- Bu il Premyer Liqa bir qədər tez başa çatacaq. Bunun yay toplanışına təsiri olacaqmı?
- Tez yığışacağıq. Amma futbolçuların istirahətə dəehtiyacı var. Çünki həm milli, həm klubda çoxlu oyun keçiriblər və normal istirahət etməyiblər. Zədələr də həmin yükləmənin nəticəsidir. Bu il istirahət üçün daha yaxşı şans var. Amma millinin də oyunu olacaq və ora da toplanışa gedən futbolçularımız var. Amma digərlərinə mümkün qədər istirahət verəcəyik. Bu il əvvəlkilərdən daha tez yığışacağımız dəqiqdir.

- Son turda "Neftçi" ilə oyun nə qədər prinsipial olacaq?
- Həmin oyuna ən hazırlıqlı heyəti buraxacağıq. Hazırlaşmağa vaxtımız da olacaq. "Neftçi" titullu klubdur. Bu komandaların arasında həmişə maraqlı oyun alınıb. Həmin matçda da fanat çox olacaq və ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bu baxımdan "Neftçi" - "Qarabağ" oyunu 1 nömrədir.

- Riçard Almeydanı sırf bu oyun üçün saxlamışdız?
- Keçən oyun "18-lik"də idi. Əsas heyətdə olmağa tam hazır deyildi. Amma bu gün meydanda bütün gücünü qoymağa çalışdı. Sona kimi yorğun halda saxlamaq istəmədik. 60 dəqiqə oynadı və özü də yorğunluğunu hiss edirdi. Qarşıdakı oyun daha yaxşı formada olacaq.

- U-19 liqasında Rəşad Sadıqovun komandası böyük ehtimalla çempion olacaq. Sizcə onun üçün hansı çempionlq daha əziz oldu?
- Çox istyirəm ki, Rəşadın komandası çempion olsun. Peşəyə yeni başlayanda maksimum nəticəni qazanmaq çox önəmlidir. Ona uğur arzulayıram. Yaxşı məşqçi olmaq üçün böyük potesialı var. İlk ildəcə çempionluq onun gələcək işinə də təsi edəcək.


oxunma sayı: 604 | Paylaş:




?>