')

Bu gün:


FutbolPress.Az | Zaur Svanadze: "Yaxşı ki vaxında 3-cü yeri təmin etmişik"

Zaur Svanadze: "Yaxşı ki vaxında 3-cü yeri təmin etmişik"


oxunma sayı: 216 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVI turun “İnter” – “Qarabağ” (0:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin başməşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Qarabağ"ı təbrik edirəm. Oyuna gəldikdə, çətinliklərimiz var. Əsas oyunçularımızdan Slavik Alxasovla İlkin Qırtımov yox idi. Yaxşı ki, 3-cü yeri vaxtından əvvəl tuta bildik. Yoxsa bizim üçün çox çətin olacaqdı"

- Növbəti turların sizin üçün nə həmiyyəti var?
- Ola bilsin ki, gənc futbolçulara şans verək. Səmimi olsaq, oyunçularımız çox yorulublar. Həm də transfer qadağamız var. Bu baxımdan da gənclərin oynaması əhəmiyyətli olacaq.

- Rauf Əliyev əvəzlənməyinə sərt etiraz etdi...
- Elə ciddi etiraz yox idi. Yorulmuşdu və onu əvəzlədim.


oxunma sayı: 216 | Paylaş:




?>