')

Bu gün:


FutbolPress.Az | "Bu, bizə dərs oldu" - Roman Qriqorçuk

"Bu, bizə dərs oldu" - Roman Qriqorçuk


oxunma sayı: 441 Paylaş:

FutbolPress"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXVI turunda "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Ukraynalı mütəxəssislərin jurnalistlərin suallarını cavablandırıb. 

- Oyun haqda nə deyə bilərsiniz?
- "Kəpəz" qələbəyə layiq idi. Mövsümdə ilk dəfədi ki, rəqib bizdən üstün oyun sərgilədi. Ozü də bütün komponentlərdə. Ancaq bu da bir dərsdi. Təhlil edib nəticə çıxartmalıyıq.

- Komandada motivasiya görmədik. Bu, qizil medaldan əlinin üzülməsi ilə əlaqədar idi?
- Qismən razıyam. Psixo-emosional durumumuz ürəkaçan deyildi.

- Fasilədən sonra fərqli "Kəpəz" və fərqli "Qəbələ" gördük...
- Razıyam. "Kəpəz"də fantastik istək var idi.

- Hakimlik ve meydandan narazılığınız yoxdu?
Mövsüm ərzində olub. Amma son oyunlarda heç bir iradım yoxdu. Meydançaya gəlincə, əvvəlkitək pis deyildi. Həm də rəqibin oyunu her şeyi göstərir və deyir.

- Ikinci hissənin əvvəlində müdafiə və hücum arasında dəlik yarandı. Tez açılmadınız?
-  Umumiyyətlə, ikinci hissənin futbolu mənə yaddı. Bu azarkeşin xoşuna gələ bilər. Amma mən bunu futbol saymıram. (Sport24.az)


oxunma sayı: 441 | Paylaş:




?>