')

Bu gün:


FutbolPress.Az | "Çelsi"dən Belotti üçün 65 milyon avro

"Çelsi"dən Belotti üçün 65 milyon avro


oxunma sayı: 225 Paylaş:

FutbolPress"Torino"nun hücumçusu Andrea Belotti karyerasını İngiltərədə davam etdirə bilər.

Bu barədə "FourFourTwo" məlumat yayıb. Bildirilib ki, Londonun "Çelsi" klubu italyan hücumçunun xidmətində maraqlıdır. "Zadəganlar"ın baş məşqçisi Antonio Konte həmyerlisini sərəncamında görmək istəyir. Artıq klub rəhbərliyinin gənc hücumçu üçün "Torino" ilə təmasa keçdiyi deyilir. "Çelsi" Belottiyə görə 65 milyon avro ödəməyə hazırdı.

23 yaşlı forvard bu mövsüm Turin klubunun heyətində meydana çıxdığı 29 matçda 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


oxunma sayı: 225 | Paylaş:




?>