')

Bu gün:


FutbolPress.Az | "Qələbə qazanmaqdan başqa yolumuz yoxdu" - "Kəpəz"in qolkiperi

"Qələbə qazanmaqdan başqa yolumuz yoxdu" - "Kəpəz"in qolkiperi


oxunma sayı: 98 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXVI turunda “Kəpəz”i çətin sınaq gözləyir. “Sarı-göylər” çempionluğa oynayan “Qəbələ” ilə qarşılaşacaq.

Bu oyun öncəsi komandanın qapıçısı Davud Kərimi klub saytına açıqlama verib:

“Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdur. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq. Qarşıdakı oyunda da uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”. 


oxunma sayı: 98 | Paylaş:




?>