')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" çempion!

"Qarabağ" çempion!


oxunma sayı: 440 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Son oyun günündə iki matç baş tutub.

Gəncədə Avropa Liqasına vəsiqə verən 4-cü pillə uğrunda mübarizə aparan “Kəpəz”lə çempionluğa oynayan “Qəbələ” üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Turun bağlanış maçında “Qarabağ” cari mövsümdə qalib gələ bilmədiyi “İnter”in qonağı olub. "Qəbələ"nin məğluiyyətindən maksimum yararlanan Ağdam klubu 3:0 hesablı qələbə ilə sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.

Azərbaycan Premyer Liqası
XXVI tur
16 aprel (bazar)

16:00 “Kəpəz” – “Qəbələ” 2:0

Qollar: Julien Ebah, 70, Dario Federiko, 90+4 
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu
İlk üç dövrə - 0:2, 1:2, 1:1

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 80. Tural Rzayev, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
 
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
 

18:30 “İnter” – “Qarabağ” 0:3
Qollar:
Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 80
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
“İnter Arena”
İlk üç dövrə - 2:1, 0:0, 1:0

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 3. Denis Silva, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov


oxunma sayı: 440 | Paylaş:




?>