Elxan Abdullayev: "Mən heç vaxt azarkeşlərin yanına getməmişəm"
Paylaş:
Azərbaycan Premyer Liqasında XXVI turun “Neftçi” – AZAL (4:0) oyunundan sonra təşkil ediən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə matç barədə fikirlərini bildirib:
“Komandamız layiqli qələbəqazandı. Uşaqları təbrik edirəm”
- Oyundan sonra adətən futbolçular azarkeşlərlə qələbəni bayram edəndə siz də gedirdiz. Amma bu dəfə...
- Mən heç vaxt yaxınlaşmamışam. Belə şey baş verməyib. Bqaşqa məşqçilər gedib, mən yox. Sağ olsunlar azarkeşlik edirlər, amma mən onların yanına getməmişəm.
- Gələn tur "Zirə" ilə oyunun həlledici olacağını düşünmürsüz?
- 4 komanda arasında gərgin mübarizə gedir. Hər xal önəmlidir. Proqnoz vermək çətindir. İki oyunda da qalib gəlməliyik. Avrokubok şansımız var.
- Əhvalınız yoxdu elə bil...
- Nə əhval ola bilər? Niyə sevinim ki?! Gərək vaxtında o xalları itirməyəydik.
| Paylaş: