')

Bu gün:


FutbolPress.Az | "99 faiz AZAL-dan gedəcəm" - Tərlan Əhmədov

"99 faiz AZAL-dan gedəcəm" - Tərlan Əhmədov


oxunma sayı: 345 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında XXVI turun “Neftçi” – AZAL (4:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

"Oyun haqqında deyəcəyim bir şey yoxdur. Rəqib istəkli idi, bizdə isə bu görünmürdü. Edəcəyim bir şey yoxdur. Həddən artıq zədəlilərimiz var. Adi vəziyyətdə bu gün Qalperinin zədə alması anlaşılmaz oldu. İstər-istəməz komanda ağır vəziyyətə düşür. Rəqib layiq idi və qələbə qazandı. Sonuncu dəfə "Qarabağ"a böyük hesabla uduzmuşduq. 3-4-cü dövrələrdə daha yaxşı oynayırdıq. Bu gün oyunumuzdan əsər-əlamət yox idi. Kimisə ittiham etmək də olmur. Qalan iki turu da yola verək, sonra görək başımıza nə gəlir".

- Emin Cəfərquiyevin yoxluğu nəticədə nə qədər rol oynadı?
- Tək o yox, itkilərimiz çox idi. Limit məsələsinə görə Elnur Süleymanovu oynatdıq. Nuqzar heç vaxt sol müdafiəçi oynamamışdı, məcburiyyətdən ora qoyduq. Azərbaycanda universial futbolçulara ehtiyac var. Ehtiyat skamyamız çox kasaddır. Dəyişiklik etməyə imkanarımız yoxdur.

- Vitse-prezidentiniz Vaqif Qasımov deyir ki, komandanın qalmasını istəyirik və əminik ki, AZAL Premyer Liqada qalsa, köklü dəyişikliklər, inkişaf olacaq...
- Hər halda nəsə bilir deyir. Bu barədə məlumatım yoxdur. Amma istərdim ki, AZAL Premyer Lqada qalsın. İnfrastrukturumuz yaxşıdır və çoxlu maliyyə buraxılıb. Amma mən 99 faiz komandadan gedəcəm. İnanmıram ki, maliyyə tərəfi düzəlsin.

- Penalti epizodunda sanki oyunçularınız nəyisə bölüşə bilmirdi...
- Bilmədim orda nə baş verdi. Demişəm ki, kim özünə inanırsa,o vursun. Yeri gəlmişkən, penalti verilməsəydi, təəccüblənməzdim. Bu mövsüm ərzində belə hal olmamışdı. Təəccübləndim.

- Vaqif Cavadov komandanıza gələndə buranı başqa kluba keçmək üçün tramplin kimi istifadə etmək istəyirdi. Onun hazırkı durumu başqa komandaya keçməyə imkan verirmi?
- Vaqifin yerinə danışa bilmərəm. Ona özünə gəlmək üçün vaxt lazımdır. Çünki yeni kluba öyrəşmək asan deyil. Onun komandada pulsuz oynaması hər halda təsir edir. Hansısa kluba keçib-keçməyəcəyini mən deyə bilmərəm.




oxunma sayı: 345 | Paylaş:




?>