"İnter" bilet satışından 4 milyon qazandı - rekord
Paylaş:
A Seriyasının 32-ci turunda "Derby della Madonnina" baş tutub. "İnter"lə "Milan" "Cüzeppe Meassa"da münasibətlərinə aydınlıq gətiriblər.
Nominal meydan sahibi olan "nerazzura" bilet satışından rekord gəlir əldə edib. Bütün biletlər satıldığı üçün "İnter"in büdcəsinə 4 milyon avro daxil olub.
Bundan öncəki rekord da milanlılara məxsus idi. "İnter" "Yuventus"la matçın biletlərindən 3 milyon 943 min avro gəlir götürmüşdü.
| Paylaş: