')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Zirə"yə 4 qolla qalib gəldi

"Qəbələ" "Zirə"yə 4 qolla qalib gəldi


oxunma sayı: 73 Paylaş:

FutbolPress“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti matçlarına çıxıb.

U-19 səfərdə “Zirə” ilə görüşüb. "Qırmızı-qaralar" rəqib meydanında 4:1 hesablı qələbə qazanıb. 27 matçda 65 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.

U-17 isə paytaxt səfərindən xalsız dönüb. Komanda “Səbail”ə uduzub – 0:1. 21 oyundan sonra 49 xala malik “qırmızı-qaralar” 3-cü sırada qərarlaşıb.

U-15-in “İnter”lə matçı təxirə salınıb. 20 qarşılaşmada 54 xal toplayan “Qəbələ” yarışın lideridir. 


oxunma sayı: 73 | Paylaş:




?>