')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt" qələbəni əldən verdi, "Neftçi"dən darmadağın  (YENİLƏNİB)

"Sumqayıt" qələbəni əldən verdi, "Neftçi"dən darmadağın (YENİLƏNİB)


oxunma sayı: 282 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. İlk oyun günündə iki görüş keçirilib.

Açılış matçı Sumqayıtda baş tutub. Şəhərin eyni adlı komandası “Zirə” ilə qarşılaşıb. Meydan sahibləri matçın gedişində hesabda önə keçsələr də, oyuna əlavə edilmiş dəqiqələrdə qələbəni əldən veriblər - 1:1.

Son vaxtlar uğursuz çıxışı ilə diqqət çəkən “Neftçi” isə AZAL-ı qəbul edib. "Ağ-qaralar" autsayderlə qarşılaşmada böyük hesablı qələbəyə seviniblər - 4:0.

Azərbaycan Premyer Liqası, XXVI tur
15 aprel (şənbə)


16:30 “Sumqayıt” – “Zirə” 1:1
Qollar:
Mirabdulla Abbasov, 83 - Milan Duriç, (90+4 pen.)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim inspektor: Məlik Həsənov
“Kapital Bank Arena”

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov 

“Zirə”: 85. Kamal Bayramov, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 28. Təmkin Xəlilzadə, 16. Akim Latifu, 11. Viktor İqbekoyi, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze 
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 92. Cavid Tağıyev, 17. Vüsal İsgəndərli, 26. Georgi Qorozia, 9. Nurlan Novruzov 
Baş məşqçi: Ayxan Abbasov

18:30 “Neftçi” – AZAL 4:0
Qollar:
Zdenek Folprext, 13, Daniel Seqovia, 17, İqnasio Herrera, 35, Rəhman Hacıyev, 55
Qaçırılan penalti: Nuqzar Kvirtiya, 77

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Bakcell Arena”


“Neftçi”: 33. Boban Baykoviç, 7. Namiq Ələsgərov, 8. Zdenek Folprext, 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 26. Kamal Qurbanov, 29. Georgi Navalovski, 80. Edson Kastilya, 95. Elvin Bədəlov 
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 22. Mahir Şükürov, 23. Tərzin Cahangirov
Baş məşqçi: Elxan Abdullayev
 
AZAL: 23. Aqil Məmmədov (k), 2. Elşad Manafov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 10. Nuqzar Kvirtiya, 91. Mehdi Taouil, 19. Elnur Süleymanov, 27. Rəşad Abdullayev, 6. Bəxtiyar Soltanov, 70. Vaqif Cavadov, 8. Sadio Tounkara
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 55. Qeyrət Qənbərov, 14. İlqar Ələkbərov, 11. Frank Madu, 77. Arkadi Qalperin, 21. Samir Məsimov, 9. Röyal Nəcəfov
Baş məşqçi: Tərlan Əhmədov



oxunma sayı: 282 | Paylaş:




?>