"Bu işləri Rəşad Abdullayevsiz də yoluna qoya bilirik" (MÜSAHİBƏ)
Paylaş:
"Səbail"in idarə heyətinin üzvü Yusif Həsənovun "FutbolPress"ə müsahibəsi...
- Əvvəlcə "Zaqatala" ilə oyun barədə fikirlərinizi bildirərdiz...
- Hər şey necə gözləyirdim, o cür də oldu. Birinci hissədə “Zaqatala”, ikinci hissədə biz yaxşı oynadıq. Heç-heçə oyuna layiq nəticə idi.
- Komandanızı qolunu çox emosional qarşıladız...
- Sevindim, sözsüz ki. Əgər futbolda hər 10 şeydən 9-u neqativdirsə, bir dənə müsbəti qol vurmaqdı. Bu da sevindirir, təbii ki.
- Sona 2 tur qalıb və Premyer Liqaya vəsiqə qazanmaq şansınız yüksəkdir. Klub olaraq buna hazırsızmı?
- Tamamilə hazırıq. Bizim əsas məqsədimiz güclü klub formalaşdırmaqdır. Bura bünövrəsi möhkəm olan komanda, yüksək səviyyəli məşqçilər, akademiya və s. daxildir. Bunların üzərində işləyib Premyer Liqaya layiq bir klub yaradacağıq.
- Premyer Liqaya vəsiqə əldə etsəz, həmin “Səbail” I Diviziondakından nə ilə fərqləəcək? Planlarınız varmı, yoxsa arxı hoppanıb sonra “hop” deyəcəksiz?
- Yox, hələlik dəqiq bir şey yoxdur. Vəsiqə qazansaq, Müşahidə Şurasının iclası keçiriləcək və əsas qərarlar orda qəbul ediləcək.
- “Bayıl Arena”nı bazaya çevirmək istədiyinizi demişdiz. Bu ideya hələ də keçərlidirmi?
- Bəli. AFFA rəhbərliyi ilə də bu mövzu ilə bağlı dəfələrlə danışmışıq. Yenə də müraciətimiz olacaq. Böyük ehtimalla “Bayıl Arena”nı bazaya çevirəcəyik.
- Son məlumatlara görə, Rəşad Abdullayev artıq “Səbail”in rəhbəri deyil...
- Xeyr, hazırda klubun Müşahidə Şurasının sədri Rövnəq müəllimin oğlu Rəşad Abdullayevdir. Kluba bütün nəzarət ondadır. İclaslar da keçirir, telefonla əlaqələr də yaradırıq. I Divizion Premyer Liqa kimi deyil, burda o qədər də ciddi işlər yoxdur. Bu baxımdan bütün günü klubun içində deyil. Bu işləri Rəşad Abdullayevsiz də yoluna qoya bilirik.
- Yəqin ki, Premyer Liqaya yüksəlsəz, heyətdə və baş məşqçi postunda dəyişikliklər olacaq...
- Bayaq danışdım bu barədə. Müşahidə Şurasının iclasından sonra bütün bunlara aydınlıq gələcək.
| Paylaş: