Mərkəzi oyun sülhlə yekunlaşdı (YENİLƏNİB)
Paylaş:
I Divizionda 24-cü turun oyunları keçirilir. Mərkəzi oyunda "Zaqatala" doğma meydanda "Səbail"i qəbul edir.
Peşəkar Futbol Liqasının jurnalistlərin bölgələrə səfəri layihəsi çərçivəsində Zaqatalaya təşkil edilən səfərdə "FutbolPress"in əməkdaşı da iştirak edir.
Onun verdiyi məlumata görə, matçda hesab 20-cidiqəqədə açılıb. Meydan sahiblərinin heyətində Oruc Balaşlı fərqlənib. Bu, I Divizionun bombardirinin mövsümdə 27-ci qolu olub.
Ancaq meydan sahibləri üstünlüyü sonadək qoruya bilməyib. "Səbail"in heyətində 78-ci dəqiqədə Bayram Qurbanov fərqlənərək, tarazlığı bərpa edib.
I Divizion, 24-cü tur
"Zaqatala" - "Səbail" 1:1
Qol: Oruc Balaşlı, 20 - Bayram Budaqov, 78
Zaqatala şəhər stadionu
"Zaqatala": 1. Amil Ağacanov (k), 3. Roini İsmayılov, 4. Kənan Müslümov, 9. Sərxan Abdullayev, 18. Elçin Süleymanov, 6. Taqim Novruzov, 5. Vadim Abdullayev, 15. Arzuman Nəsibov, 32. Emin Mehdiyev, 10. Cavad Kazımov, 24. Oruc Balaşlı
Ehtiyat oyunçular: 12. Rəşad Əhmədov, 13. Rəhan Şabanov, 14. Elmir Surxayev, 20. Asim Babazadə, 25. Osman Qurbanov, 18. Yusif Dilanov, 11. Ruslan Cəfərov
Baş məşqçi: Baş məşqçi Şaban Şirdanov
"Səbail": 99. Emil Balayev, 77. Təyyar Məmmədov, 3. Saşa Yunisoğlu, 5. Taleh Babayev, 6. Ruslan Tağızadə, 55. Asif Mirili, 95. Orxan Qurbanlı, 17. Ramazan Abbasov, 14. Anar Babayev, 88. Mirzağa Hüseynpur, 11. Bəxtiyar Məsməliyev
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 19. Tanrıverdi Məhərrəmli, 4. Qvanzav Maqomedov, 10. Fərid Səmədzadə, 19. Elvin Adışirinli, 7. Orxan Səfiyar, 91. bayram Budaqov
Baş məşqçi: Elman Sultanov
| Paylaş: