')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"la "Qəbələ" Naxçıvana azarkeş aparacaq? (AÇIQLAMA)

"Qarabağ"la "Qəbələ" Naxçıvana azarkeş aparacaq? (AÇIQLAMA)


oxunma sayı: 519 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqasının (PFL) mayın 5-də “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək Azərbaycan kubokunun final matçını Naxçıvana təyin etməsindən xəbərdarsınız. Yolun uzaq olması, gediş-gəlişdə çətinliklərin mövcudluğu hər iki komandanın azarkeşlərinin etirazlarına səbəb olub.

Fanatlar bununla bağlı bəyanat yayaraq, matçın yerinin dəyişdirilməsini xahiş etsələr də, bu baş tutmayacaq. Məbuata açıqlama verən PFL prezidenti Ramin Musayev oyunun başqa stadionda keçirilməsinin mümkünsüz olduğunu bildirib. O deyib ki, azarkeşlərin Naxçıvana getməsi ciddi problemdirsə, bu məsələdə klublar onlara yardım etsinlər.
 
Bəs “Qəbələ” və “Qarabağ”ın final oyunu üçün Muxtar Respublikaya azarkeş aparmaq planı varmı?
 
“Qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov “FutbolPress”ə açıqlamasında hazırda Naxçıvana azarkeş aparmaq planlarının olmadığını bildirdi:
 
“Klub həmişə istəyir ki, azarkeşləri yanında olsun. Amma çətinliklər göz qabağındadı. Bunlar azarkeş üçün xarakterik məsələlərdi. Avtobusla gedirlərsə, yolun uzaqlığı, başqa ölkənin ərazisindən keçdikləri üçün xarici pasport, təyyarə ilə gedirlərsə, maddi problemləri var. Kimlərəsə adi görünə bilər, amma fanatlar üçün böyük çətinliklərdir. Klubun onları Naxçıvana aparmasına gəlincə, əgər buna müsbət yanaşsaq, müraciət edənlərin sayı çox olacaq. Onların hamısını aparmaq isə qeyri-mümkün görünür. Hazırda planımızda azarkeş aparmaq yoxdur. Yəqin ki, yaxın günlərdə bu, bir daha müzakirə ediləcək”.
 
“Qarabağ”ın meneceri Asif Əsgərov isə əvvəlcə azarkeşlərlə görüşməli olduqlarını, yalnız bundan sonra dəqiq qərar verəcəklərini söylədi:
 
“İstərdik, azarkeşlər yanımızda olsun. Onların Naxçıvana aparılmasına gəlincə, əvvəlcə fanatlarla görüşməliyik. Çünki sadəcə “azarkeşləri aparırıq” deməklə bunu etmək mümkün deyil. Onların ora aparılması üçün ən azı pasportlarının olması, bir nəfər üçün xərcin hesablanması lazımdır. Ona görə indidən nəsə demək düzgün olmaz”.

Faiq Tahirov


oxunma sayı: 519 | Paylaş:




?>