')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi AÇ-nin final mərhələsində!

Azərbaycan millisi AÇ-nin final mərhələsində!


oxunma sayı: 343 Paylaş:

FutbolPressBu gün futzal üzrə Azərbaycan millisi 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsində son oyununu keçirib. Yığmamız B qrupunda 3-cü tur çərçivəsində Macarıstanla qarşılaşıb.

İlk matçında Bosniya və Herseqovinaya 5:4, II turda isə Albaniyaya 5:0 hesabı ilə qalib gələn Azərbaycan yığması bu dəfə də böyük hesablı qələbə qazanıb - 6:1.

Bu nəticə ilə qrupu məğlubiyyətsiz başa vuran yığmamız qitə birinciliyinin final mərhələsinə lider kimi yollanmaq hüququ qazanıb.



AÇ-2018-in seçmə mərhələsi
B qrupu
III tur

Macarıstan - Azərbaycan - 1:6

Qollar: Rövşən Hüseynli, 01:16 (öz qapısına) - Bolinya, 11:16, Eduardo, 16:52, Fineo, 21:03, 33:13, Xətai Bağırov, 24:12, İsa Atayev, 35:08


oxunma sayı: 343 | Paylaş:




?>