"Real"da ağır itki: mövsümü erkən başa vurdu
Paylaş:
Madrid "Real"ı ağır itki ilə üzləşib. Komandanın müdafiəçisi Pepe uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
La Liqanın XXXI turunda "Atletiko" ilə görüşdə ağır zədə alan futbolçu tibbi müayinədən keçib. Futbolçunun 2 qabırğasının sındığı bəlli olub.
Klubdan edilən aıqlamada bildirilib ki, Pepe mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
| Paylaş: