')

Bu gün:


FutbolPress.Az | Qara Qareyevdən xeyirxah addım  (FOTO)

Qara Qareyevdən xeyirxah addım (FOTO)


oxunma sayı: 1783 Paylaş:

FutbolPress"Qarabağ"ın futbolçusu Qara Qarayev xeyirxah addımla gündəmə gəlib. O, Bakıda qalmağa yer tapmaqda çətinlik çəkən Türkiyə vətəndaşlarına kömək edib.

Qara həmin şəxsləri otellerin birində yerləşdirib və onların qalması üçün lazım olan pulları ödəyib.

Bu barədə biri Ozan Batuhan Atıcı adlı şəxs feysbuk səhifəsində yazıb:

"3 gecə Bakıda qaldıq. Yerləşdiyimiz otel bir az pis idi. Yeni bir yer axtarırdıq. Küçədə 2 nəfər gördük, yaxınlaşıb üçün ucuz otel bilib-bilmədiklərini soruşduq. Türkiyəli səyyahlar olduğumuzu dedik. Bizi bir otelə apardılar. Yolda əsmər olanı məndən futbolla aramın necə olduğunu soruşdu. Mən də az da olsa azarkeşlik etdiyim komandalar olduğunu dedim. "Bəs Azərbaycanda?" deyə soruşdu. "Qarabağ"a azarkeşlik etdiyimi dedim. "Yaxşı, bilirsənmi digər şəxs "Qarabağ"ın futbolçusudur?" Şoka düşmüdüm. Qara bizi otelə yerləşdirdi və pulumuzu ödədi. Sonra qeydiyyat şöbəsindən zəng edib, səhər saat neçədə oyanmaq istədiyimizi soruşdular və "Qara bəy qonaqlarım nahar etmədən getməsinlər" dedilər. Qara ürəkdir, adamdır".





oxunma sayı: 1783 | Paylaş:




?>