Azərbaycan millisi mövqeyini qoruyacaq
Paylaş:
Milli komandaların növbəti ay açıqlanacaq yeni FIFA reytinqi ilə bağlı ehtimallar məlum olub. Mayın 4-ə qədər yığmaların az oyun keçirməsi cədvəldə ciddi dəyişikliklərin baş verməməsini şərtləndirəcək.
Azərbaycan millisinin də mövqeyində dəyişiklik baş verməyəcək. Komandamız əvvəlkitək Norveç və Svazilend arasında - 87-ci pillədə qərarlaşacaq. Robert Prosineçkinin komandasının xal ehtiyatında da dəyişiklik baş verməyəcək - 386 xal.
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələ rəqibləri də ötən siyahıdakı mövqelərini qoruyacaqlar. Almaniya 3-cü, Şimali irlandiya 26-cı, Çexiya 42-ci, Norveç 86-cı, San-Marino 204-cü olaraq da qalacaq.
Ehtimallara görə, ilk "10-luq"da da heç bir dəyişiklik baş verməyəcək. Liderliyə yüksələn Braziliya mövqeyini əldən verməyəcək. Argentina 2-ci olacaqsa, ilk "10-luğ"u əvvəlkitək İspaniya qapayacaq.
Ümumiyyətlə, ilk 50 komanda arasında yalnız bir dəyişiklik gölənilir. Slovakiya 23-cü pillədəki mövqeyini ABŞ-a verəcək. Digər dəyişikliklər isə əsasən ikinci "100-lük"də baş verəcək.
| Paylaş: