')

Bu gün:


FutbolPress.Az | "Neftçi" Elxan Abdullayevlə bağlı qərarını açıqladı

"Neftçi" Elxan Abdullayevlə bağlı qərarını açıqladı


oxunma sayı: 258 Paylaş:

FutbolPress"Neftçi" bəyanat yayıb. Bəyanatda son günlər klub ətrafında dolaşan fikirlərə rəsmi münasibət bildirilib.

Qeyd olunub ki, komandanın mövsümün ikinci hissəsi üçün çıxışı qənaətbəxş hesab edilir və məşqçilər korpusu il müqavilənin müddəti artırılacaq:

"2016/2017-ci illər mövsümünün qış fasiləsində "Neftçi” PFK-nın heyətində köklü dəyişikliklər edildi. Komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir. Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha 1 il uzadılacaq. "Neftçi” PFK olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyimizi bildiririk".

Bəyanatda bildirilib ki, bəzi KİV-də klubun uğuruları ilə bağlı belə kölgə salacaq açıqlamalar yer alır: "Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq. Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərinin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. “Neftçi” PFK olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, “Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər".

Sonda qeyd olunub ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub: "Bir daha bildiririk ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub. Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək".


oxunma sayı: 258 | Paylaş:




?>