Yeni FIFA reytinqi: Azərbaycan millisi 2 pillə irəlilədi
Paylaş:
FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Cədvəldə ötən ayla müqayisədə bir sıra dəyişikliklər baş verib. Bu da DÇ-2018-in seçmə mərhələ oyunları və yoldaşlıq görüşləri ilə bağlı olub.
Martın 9-da Qətərlə yoldaşlıq oyununda 2:1 qalib gəlib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da komandamızın 2 pillə irəliləməsinə imkan verib. Bu da Robert Prosineçkinin yetirmələri 89-cu yerdən 87-ci pilləyə qalxıb.
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində dəyişikliklər olub. Qrupun favorii Almaniya 3-cü pillədəki mövqeyini qoruyub. Növbəti rəqibimiz Şimali İrlandiya 9 pillə irəliləyib və hazırda 26-cıdır. Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb. Onlar hazırda müvafiq olaraq, 46 və 204-cüdülər. Norveç isə5 pillə geri düşməklə yığmamıza qonşu olub. Skandinaviyalılar 86-cı yerdədilər.
Dünyanın ən güclü 10 komandasının mövqeyində də dəyişikliklər olub. Braziliya 1-ci pilləyə yüksəlib. Uruqvay ilk "10-luğ"u tərk edərək, yerini İsveçrəyə verib.
| Paylaş: