Azərbaycan Premyer Liqasından rekord
Paylaş:
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın güclü futbol liqalarının siyahısını tərtib edib.
Sıralamada dünyanın ən güclü 80 liqasına yer verilib. Azərbaycan Premyer Liqası özünün rekordunu yeniləyib. Çempionat 33-cü pillədə qərarlaşıb ki, indiyə qədər belə bir göstərici olmamışdı. Ötən cədvəldə 38-ci olan Premyer Liqa 5 pillə irəliləyib.
Siyahıya İspaniya La Liqası başçılıq edir.
| Paylaş: