')

Bu gün:


FutbolPress.Az | Elxan Məmmədov UEFA İK-ya üzv seçilmədi  (YENİLƏNİB) 

Elxan Məmmədov UEFA İK-ya üzv seçilmədi (YENİLƏNİB) 


oxunma sayı: 402 Paylaş:

FutbolPressBu gün UEFA İcraiyyə Komitəsinə seçkilər keçirilib. Bu, qurumun növbəti konfransı zamanı baş tutub.

AFFA-nın baş katibi Elxan Məmmədovun da namizədliyini irəli sürdüyü seçkidə 8 vakant yer uğrunda 12 federasiya rəsmisi mübarizə aparıb.

Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya) və Servet Yardımcı (Türkiyə).

Finlandiyanın Helsinki şəhərində keçiriləcək konfrans Bakı vaxtı ilə saat 11:00-da başlayıb.

Konqresin gedişi zamanı seçkiyə qatılan 12 namizəddən Kayrat Boranbayev İK üzvlüyünə namizədliyini geri götürdüyünü açıqlayıb. Bundan sonra UEFA-ya üzv olan 55 milli assosiasiya 11 namizəd arasında gizli səsvermə yolu ilə seçimlərini ediblər. 

Səsvermənin nəticələrinə görə, Elxan Məmmədov ilk "8-liy"ə düşə bilməyib. O, 24 səs toplaya bilib.

Seçilənlər isə bunlar olub:


Con Delani (İrlandiya), Zibiqnev Bonek (Polşa), Devid Hill (İngiltərə), Raynhart Qrindel (Almaniya), Karl Erik Nilson (İsveç), Mişel Uva (İtaliya), Maykl van Praaq (Hollandiya) və Servet Yardımcı (Türkiyə).







oxunma sayı: 402 | Paylaş:




?>