')

Bu gün:


FutbolPress.Az | Dmitri Nağıyev: "Porsineçki milliyə kimi çağırmalı olduğunu yaxşı bilir" (MÜSAHİBƏ)

Dmitri Nağıyev: "Porsineçki milliyə kimi çağırmalı olduğunu yaxşı bilir" (MÜSAHİBƏ)


oxunma sayı: 951 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin və Ukraynanın “Dnepr” klubunun futbolçusu Dmitri Nağıyevin müsahibəsi...

- Dmitri, ilk qol həmişə xüsusidir. Buna görə səni kim, necə təbrik etdi?
- Bəli. İlk qol, həqiqətən, xüsusidir. Çox adam təbrik etdi, xaricdən zənglər oldu. Ukrayna Premyer Liqasını izləyən, “Dnepr”i sevən hamı təbrik etdi. İnsanların mənə və kluba görə sevindiyini görmək gözəldi. Komandada uşaqlar da təbrik etdilər. Bizim adətimiz var – əhəmiyyətli hadisələri pitsa ilə qeyd edirik. İlk qol, ilk oyun, ad günü və s. Mən də onları çərşənbə günü ptsaaya qonaq edəcəm.

- Rejimi pozursuz?
- Mümkün deyil (gülür). Pivə olmayacaq, ancaq pitsa və kola. Əslində, heç bu da yararlı qida deyil, ancaq məşqçilər bəzən icazə verirlər.

- Qol və qələbə. Bu yalnız estetik zövq verdi, yoxsa maliyyə baxımından da dəyişiklik yaratdı?
- Yalnızca estetik. Maliyyə baxımından heç bir dəyişiklik yoxdur. Əlbəttə, komandamız mümkün qədər çox qələbə qazanmaq istəyir, ancaq çox təəssüf, bu, həmişə alınmır. İnanıram ki, getdikcə daha yaxşı oynayacağıq. Əgər xallarımız silinməsəydi, “Dnepr”in mövqeyi daha yaxşı olardı. Ancaq əlimizdə olan budur və razılaşmlıyıq.

- Çempionatın ikinci hissəsinə aşağı “6-lıq”da başladız. Komandanın oynamaq üçün motivasiyası nədir?
- Məqsədimiz qalib gəlmək və böyümək, inkişaf etməkdir. Biz gənc futbolçularıq, ancaq “Dnepr” kimi böyük klubu təmsil edirik. Uğursuz olmağa haqqımız yoxdur.

- 21 yaşın var. Hələ də özünü gənc və perspektivli oyunçu hesab edirsən yoxsa, artıq bu kateqoriyadan çıxmısan?
- Adət belədir ki, mənim yaşımda oyunçuları gənc qəbul edirik. Əslində, artıq gənc futbolçu deyilik. Top-liqalara baxsaq, orda 18-20 yaşlı futbolçular artıq öz komandaları üçün Çempionlar Liqası oyunlarında əsas fiqur olurlar. Digər tərəfdən bu, mənim Ukrayna Premyer Liqasında ilk mövsümümdür və özümü hələ təcrübəsiz hesab edirəm, öyrənməyə çalışıram. "Dnepr"də Ruslan Rotan kimi təcrübəli, nümunə götürməli futbolçu var. Bir də ki, yaş daha çox fəlsəfi məsələdir. Bu gün gəncsən, amma geriyə baxmaq üçün vaxt tapmamış 2 il keçəcək və artıq orta yaşlı olacaqsan. Belə şeylərə çox fikir verməməyə çalışıram.

- Azərbaycanın gənc komandasının oyunçususan. Əsas komandadan maraqlanmırlar?
- AFFA-dan yazırlar, soruşurlar və məni izlədiklərini deyirlər. Robert Prosineçki yaxın keçmişin dahi futbolçusudur. Eyni zamanda yaxşı məşqçidir. O, milliyə kimləri çağırmalı olduğunu çox yaxşı bilir və başa düşür. Ancaq, məncə, əsas milli komanda səviyyəsində deyiləm. Bir, iki, üç oyun – bu azdır. İndi dayansam, bunlar hamısı keçmişdə qalacaq. Böyüməli, inkişaf etməliyəm. Necə işləməli olduğumu bilirəm. Yarımmüdafiədə oynamaq asan olmasa da, öyrənməyə, inkişaf etməyə çalışıram. Ancaq daha çox müdafiəçi olmağa öyrəşmişəm. Federasiyadan məni izlədiklərini deyirlər və mən qol vurmağa, oynamağa davam etsəm, milliyə çağırılmağım sadəcə vaxt məsələsi olacaq.

- Bəs Ukrayna millisi? Sizdən Balanyuk və Dovbik artıq çağırılırlar...
- Bəli, amma bu barədə düşünməmişəm. Ukraynada doğulmuşam və bu ölkəni sevirəm. Bəlkə hər şey ürəyimcə deyil, amma ölkəni və yaşadığım şəhəri çox sevirəm. Burda çoxlu dostlarım var. Eynilə Azərbaycanda da çoxlu dostlarım, əlaqələrim və o ölkə ilə bağlarım var. Təklif gələndə Azərbaycan vətəndaşlığını seçmək qərarına gəldim. Bunun düzgün olub-olmadığını bilmirəm, amma vaxt hər şeyi öz yerinə qoyacaq. Milli komanda hər futbolçunun xəyalıdır. Ancaq klub karyerama fokuslanmağa çalışıram, çünki prioritetim budur. İnanıram ki, səviyyəm həm Azərbaycan, həm də Ukrayna millisində oynayacaq qədər olar. Həmin vaxt mən son qərarımı verəcəm. (Fotboom.com)


oxunma sayı: 951 | Paylaş:




?>