')

Bu gün:


FutbolPress.Az | Avropanın ən məhuldar Liqaları: TPL neçəncidi?

Avropanın ən məhuldar Liqaları: TPL neçəncidi?


oxunma sayı: 429 Paylaş:

FutbolPressAvropa Liqalarında 2016/17 mövsümünün geridə qalan hissəsi üçün orta məhsuldarlıq açıqlanıb.

Qitənin 31 ən reytinqli çempionatları üçün tərtib edilən siyahıya İsveçrə Super Liqası başçılıq edir. Bu ölkənin yüksək liqasında orta məhsuldarlıq 3.33-dür.

İsveçrəni İsveç izləyir - oyun başına 3.01 qol. İlk "üçlüy"ü 2.9 qolluq orta məhsuldarlıqla İspaniya La Liqası qapayır.

Böyük beşlik liqalarından İngiltərə Premyer Liqası 6-cı (2.84), İtaliya A Seriyası 7-ci (2.8), Almaniya Bundesliqası 11-ci (2.71), Fransa I Liqası isə 17-cidir (2.6).

Azərbaycanlı azarkeşlərin yaxından izlədiyi Türkiyə Super Liqası 2.57 orta məhsuldarlıqla 18-ci pillədə qərarlaşıb.

Reytinqi aşağı olduğu üçün Azərbaycan Premyer Liqası bu siyahıda yer almayıb. Amma hesablamalarla çempionatın yerini tapmaq olar. Geridə qalan 96 oyunda qapılara ümumilikdə 207 qol vurulub ki, bu da hər matça 2.16 qol deməkdi. Premyer Liqamız göstəriciyə görə, siyahıda yer alanlardan yalnız israil və Rusiyanı qabaqlayır.


oxunma sayı: 429 | Paylaş:





?>