')

Bu gün:


FutbolPress.Az | Final yolunda formal oyunlar

Final yolunda formal oyunlar


oxunma sayı: 345 Paylaş:

FutbolPressSabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. Finala vəsiqə yolunda son matç günündə iki qarşılaşma baş tutacaq. İlk görüşlərdə “Qarabağ” və “Qəbələ” rəqiblərini 2 top fərqiylə məğlub etdiklərindən cavab oyunları demək olar ki, formallığa çevrilib.
 
“Qəbələ” – “İnter”
 
Günün ilk matçı Qəbələdə baş tutacaq. Yerli komanda ötən həftə səfərdə 3:1 məğlub etdiyi “İnter”i sınağa çəkəcək.
 
Roman Qriqorçukun komandasına bu oyunda heç-heçə, hətta bir top fərqli məğlubiyyətlər də sərf edir. Zaur Svanadzenin yetirmələri isə mərhələ keçmək üçün 3 top fərq ilə qələbə qazanmalıdır. Bu mövsüm heç bir matçda bu qədər qol buraxmayan “Qəbələ”nin üstünlüyü əldən verəcəyi gözlənilən deyil. Həftəsonu “Qarabağ”la çətin səfər oyununa çıxacaq “qırmızı-qaralar”ın bu oyuna ikinci heyətlə çıxmaq ehtimalları da var.
 
Bu, komandaların kubokda 4-cü dueli olacaq. Əvvəlki 3 oyunun 2-də “Qəbələ”, 1-də “İnter” qalib gəlib. Top fərqi 6:5 paytaxt klubunun xeyrinədir.
 
“Qarabağ” – “Neftçi”
 
Son iki mövsümün finalçıları bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. İlk matçda Ağdam klubunun qazandığı 2:0 hesablı səfər qələbəsi son 5 mövsümün finalçısı “Neftçi”nin işini çətinə salıb. İndiki halda “ağ-qaralar”ın mərhələ keçməsi sensasiya sayılacaq.
 
Elxan Abdullayevin komandası növbəti mərhələ üçün azı 2 top fərqli qələbə qazamalıdır. Çempionatda “Sumqayıt”a da uduzan paytaxt klubunun bunu bacaracağı inandırıcı deyil. Yarımfinalın ilk oyununda ehtiyat skamyada yer alan futbolçularla səfərdə rəqibini məğlub edən “süvarilər”in işi bu dəfə də rahat görünür.
 
Bu, komandaların kubokda 21-ci oyunu olacaq. Əvvəlki matçların 10-da "Qarabağ", 5-də "Neftçi" qələbəyə sevinib. 5 dəfə qalib müəyyənləşməyib. Top fərqi 18:16 "göy-ağlar"ın lehinədir.


oxunma sayı: 345 | Paylaş:




?>