')

Bu gün:


FutbolPress.Az | “Shamkir Chess” turnirinə qatılacaq qrossmeysterlər məlum oldu

“Shamkir Chess” turnirinə qatılacaq qrossmeysterlər məlum oldu


oxunma sayı: 161 Paylaş:

FutbolPressAzərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq superturniri bu il ardıcıl dördüncü dəfə keçiriləcək. “Synergy Group”un və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq memorialda bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.

Yyarışın Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa) və bolqarıstanlı dünya çempionu Veselin Topalov iştirak edəcəklər.

XXI kateqoriyalı super turnirin reytinq üzrə favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster hazırda Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2822 xalla ikinci pillədə qərarlaşıb.


oxunma sayı: 161 | Paylaş:




?>