"Ukrayna millisinin qapıları üzümə bağlanmayıb" - Dmitri Nağıyev
Paylaş:
Azərbaycanın U-21 yığmasının və Ukraynanın "Dnepr" klubunun futbolçusu Dmitri Nağıyev bu ölkənin mətbuatına geniş müsahibə verib.
Son turda "Zirka" ilə matçda fərqlənəək komandasına qələbə qazandıran gənc müdafiəçi uşaq yaşlarında hücumçu mövqeyində oynadığını və çoxlu qollar vurduğunu bildirib:
"Necə də qəhrəmanam! Son matçda bütün komanda qələbə üçün mübarizə apardı. Sadəcə mən həmin epizodda düzgün vaxtda, düzgün yerdə idim. Uşaq olanda regional liqada oynayırdım. Hücum xəttində çıxış edirdim və mövsüm ərzində 10-11 qol vururdum. Amma sonradan müdafiənin sağ cinahında oynamağa başladım. Hücumlara qoşulmağı çox sevirəm. Ən sevdiyim cinah müdafiəçiləri Dani Alves və Dario Srnadır. 33 nörəli formanı da Srnaya görə seçmişəm. Balaca qardaşım deyir ki, Darioya çox bənzəyirsən, sadəcə saqqalını qırxmalı və saçının formasını bir az dəyişdirməlisən".
Milli üzvü rusiyalı məşhur şoumen Dmitri Nağıyevlə eyni ad və soyadı daşımağı barədə bunları deyib:
"Necə də düzgün oxşarlıqdır! Əsas komandaya gələnə qədər Ləqəbim yox idi. Sonradan Ruslan Rotan mənə "Foma" ləqəbini verdi. "Fizruk" serialına baxanlar bunu yaxşı bilərlər. Məşhur şoumenlə eyni ad, soyada sahib olmaq həmişə işimə yarayıb - bağçada və məktəbdə çox rahat yadda qalırdım. Ancaq çox adam buna inanmırdı. Onlar deyirdilər: "Bəsdi görək, bu həqiqətən belədir?!" Onda mən şəsiyyət vəsiqəmi, ya da başqa hansısa sənəd təqdim etməli olurdum. Həyatda isə əsl şoumenəm. Diqqət mərkəzində olmağı sevirəm".
Nağıyev "Zirka" ilə matçdan sonra "Yuventus"a keçəcəyi ilə bağlı etdiyi 1 aprel zarafatını da izah edib:
"Bu, mənim azarkeşlik etdiyim klubdur. 10-12 il əvvəl "SТB" telekanalında A Seriyasının oyunları verilirdi. O vaxtdan "Yuventus"a sevgim yarandı. Hələ də həmin vaxtkı heyəti xatırlayıram: Nedved, Del Piero, Türam, Buffon, Zambrotta... O vaxtdan "Yuve"yə azarkeşlik edirəm. Amma hazırda İspaniya la Liqası A Seriyasından daha baxımlıdır".
Gənc futbolçu Azərbaycanın U-21 yığmasında oynaması barədə danışıb. O, Ukraynanın əsas millisinin qapılarının üzünə bağlanmadığını deyib:
"Heç vaxt Ukraynanın aşağı yaş komandalarında oynamamışam. Bir dəfə U-14 komandasına çağırıldım, onda da xəstələndiyim üçün gedə bilmədim. Bir ara məni U-17 yığmasına cəlb etmək istədilər, amma sonra heç kim komandaya çağırmadı. Anamın bir tərəfi azərbaycanlı olduğu üçün bu ölkədən mənimlə əlaqə saxladılar və mən özümü yoxlamaq qərarına gəldim. Xüsusilə, "Qəbələ"ə keçmək variantım yaranmışdı. Azərbaycan vətəndaşı olmağıma görə legioner sayılmayacaqdım. Ancaq hər şey bir az başqa cür alındı. Bir çoxları elə bilir ki, mənim Azərbaycanla bağlılığım ata trəfdəndi. Əslində isə, əksinədi. AFFA-nın saytında adım Dmitri Ruslan oğlu Nağıyev kimi yazılanda anam gülərək, atamla zarafatlaşmışdı. Azərbaycanla yaxşı əlaqələrim və orda çoxlu dostlarım var. "Zirka" ilə oyundan sonra da çoxlu zəng və mesajlar gəldi. Amma Ukraynanın əsas komandasının qapıları üzümə bağlanmayıb. Başa düşürəm ki, hələ o səviyyədə deyiləm. Amma futbolda hər şey çox sürətlə dəyişir. Agentim mənə tez-tez bu sözü xatırladırdı: "İnsan ulduz kimi yatıb, heç kim olaraq, oyana bilər və ya əksinə". Bu həqiqətdir".
| Paylaş: