')

Bu gün:


FutbolPress.Az | Ramil Şeydayev "Jilina"da qol hesabını açdı

Ramil Şeydayev "Jilina"da qol hesabını açdı


oxunma sayı: 810 Paylaş:

FutbolPressSlovakiya Fortuna Liqasında 23-cü turun oyunları keçirilir.

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Jilina" doğma azarkeşləri önündə "Tatran Presov"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan milli üzvü 62-ci dəqiqədə oyuna qoşulub. O, bu qarşılaşmada yeni komandasında qol hesabını açıb. Şeydayev 78-ci dəqiqədə "Jilina"nın 3-cü qolunu vurub.

Hazırda 55 xalı olan "Jilina" turnir cədvəlinin lideridir.


oxunma sayı: 810 | Paylaş:





?>