')

Bu gün:


FutbolPress.Az | "Sabah "Yuventus"la müqavilə bağlamaq üçün Turinə gedirəm" - Dmitri Nağıyev

"Sabah "Yuventus"la müqavilə bağlamaq üçün Turinə gedirəm" - Dmitri Nağıyev


oxunma sayı: 1357 Paylaş:

FutbolPressUkrayna Premyer Liqasının 23-cü turunda vurduğu qolla “Dnepr”ə “Zikra” üzərində qələbə qazandıran azərbaycanlı futbolçu Dmitri Nağıyev klubun rəsmi saytının suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Dima, komandada ilk qolun barədə təəssüratların...
- Özümü əla hiss edirəm. Mən, həqiqətən, qol vurmaq istəyirdim. Həm də Vitali Kireevə sürpriz etmək istəyirdik. Əvvəldən hazırladığımız formaları da özünüz gördünüz. Yaxın günlərdə əməliyyat olunacaq. İstəyirdik ki, onun yanında olduğumuzu bilsin. Daha vacibi isə komandamızın qələbə qazanması idi. Çoxdandır edə bilmədiyimizi bacardıq.

- Sən ötürmənin məhz ora ediləcəyini hiss etmişdin?
- Əgər orda olmasaydım, məşqçilrimiz məni öldürərdilər (gülür). Onlar həmişə bizə cərimə meydançasına ən yüksək sürətlə sıçramağı tapşırırlar. Bəzən alınır, bəzə yox. Şükür ki, bu dəfə alındı və mən qol vurdum. İndi artıq “Yuventus”dan zəng etmişdilər (gülür). Sabah müqavilə imzalamaq üçün Turinə gedirəm. Məni dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm. İnternetdə təqdimatımı izləyəcəksiz. Hamının 1 aprel günü mübarək! (gülür).

- Çox gərgin oyun alındı. Hakimin matçın bu gərginliyi daha da artırdığını demək olarmı? Çünki xeyli mübahisəli qərarları var idi...
- Əslində, yaxşı idarə etdi, ancaq bəli, bir neçə mübahisə yaradan qərarı oldu. Ən vacibi qərarlarında qərəzli deyildi. Sərbəst zərbə təyin etdiyi epizodda, məncə, yanıldı. Ancaq istənilən halda təkrara baxmaq lazımdır.

- Oyundan sonra da hakimdən bunu soruşurdun?
- Bəli, sərbəst zərbə təyin etməsinin səbəbini soruşdum. O dedi ki, top hətta Rusikə dəysəydi belə, yenə cərimə zərbəsi təyin edəcəkdi.

- Həm də o, sənin artıq “Yuventus”un oyunçusu olduğunu bilmirdi...
- Hələlik bilmir. Amma ümumən biz həmyerliyik, Kiyevdən.


oxunma sayı: 1357 | Paylaş:





?>