')

Bu gün:


FutbolPress.Az | Nə Azad Rəhimov, nə Rövnəq Abdullayev, nə Ramin Musayev, nə də Sadıq Sadıqov...

Nə Azad Rəhimov, nə Rövnəq Abdullayev, nə Ramin Musayev, nə də Sadıq Sadıqov...


oxunma sayı: 582 Paylaş:

FutbolPressMəlum olduğu kimi, martın 30-da Bakı Əyləncə Mərkəzində “Neftçi”nin 80 illik yubileyinə aid silsilə tədbirlərdən ən genişi keçirilib. Media üçün qapalı olan tədbirə xaricdə yaşayan bir neçə məşhur veteran da dəvət edilmişdi. Həmçinin ölkə yerli veteranlardan “Neftçi”də ad qoymuş nəfərlər əyləncə mərkəzindəki banket tipli tədbirə dəvət olunmuşdu.

Dəvətlilər sırasında AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər  və İdman naziri Azad Rəhimov, “Neftçi”nin keçmiş vitse-prezidenti, hazırda PFL prezidenti olan Ramin Musayev, “ağ-qaralılar”ın son prezidenti Sadıq Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Ancaq məlumata görə, onların heç biri BƏM-dəki tədbirdə iştirak etməyib. Bunu klubun media əlaqələndiricisi Mehman Rəsulov da təkzib etmədi.

Tədbirə üzrlü səbəbdən qatıla bilməyənlər Abdullayev, Məmmədov və Rəhimovdur. Digərlərinin “Neftçi 80” banketinə niyə qatılmaması isə məlum deyil.

Ehtimallara görə, klubun tədbiri naşı təşkil etməsi, dəvətlilər arasında layiqli bir neçə nəfərin olmaması narazılıq yaradıb.


oxunma sayı: 582 | Paylaş:




?>