')

Bu gün:


FutbolPress.Az | Qran Pri: ilk gün uğursuz oldu

Qran Pri: ilk gün uğursuz oldu


oxunma sayı: 178 Paylaş:

FutbolPressGürcüstanın paytaxtı Tbilisidə start götürən Qran Prinin ilk günü cüdo üzrə Azərbaycan milli komandası üçün uğursuz alınıb.

Mübarizəyə qoşulan 4 kişi və 3 qadın idmançıdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.

Ən yaxşı nəticəni Mehman Sadıqovla (60 kq) Orxan Hacıağalı (66 kq) göstərib. Onlar təsəlliverici görüşdə uduzmaqla, 7-ci yeri tutublar.

Sahib Əsgərov (60 kq), Tərlan Kərimov (66 kq), Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq) və Səkinə Zayirova (57 kq) isə ilk görüşdə məğlub olublar.

Azərbaycan yığması 3 gün davam edəcək Qran Pridə 16 idmançı ilə təmsil olunur.


oxunma sayı: 178 | Paylaş:




?>