')

Bu gün:


FutbolPress.Az | "Bizə qədər Azərbaycan futbolunda struktur yox idi" - Elxan Məmmədov

"Bizə qədər Azərbaycan futbolunda struktur yox idi" - Elxan Məmmədov


oxunma sayı: 480 Paylaş:

FutbolPress"Insideworldfootball.com" saytı AFFA-nın baş katibi Elxan Məmmədov haqqında yazı hazırlayıb. Materialda Azərbaycan futbolu, ölkə haqqında ümumi məluumatlara və UEFA İcraiyyə Komitəsinə üzvlüyə namizəd olan baş katibin fikirlərinə yer verilib.

O, AFFA-yə gəldikləri ilk vaxtlrada ölkə futbolunun durumundan və sonrakı inkişaf mərhələləri barədə məlumat verib:

"Bizə qədər Azərbaycan futbolunda struktur yox idi. Heç bir aşağı liqa yarışları təşkil edilmirdi. Avropanın da təcrübəsindən istifadə edərək, hər şeyi yenidən qurmağa başladıq. Sonra biz qadınların futbolla bağlı stereotiplərini qırdıq. Qadınlar arasında 17 yaşlıların Dünya Kubokunu keçirdik. Daha sonra kişilər arasında U-17 Avropa Çempionatına ev sahibliyi etdik. Hazırda qeydiyyatda 8000 futbolçumuz var. 9-18 yaş arası bütün liqaları təşkil edirik".  
Məmmədov bir vaxtlar ölkədə hökm sürən siyasi-iqtisadi problemlərə görə futbolun ikinci plana keçdiyini, ancaq hazırda sürətlə inkişaf etdiyini bildirib:

"Ölkədəki siyasi-hərc-mərclik, siyasi, sosioiqtisadi problemlərə görə futbol ikinci plana keçmişdi. 2004-cü ildə birinci mərhələyə başladıq. İkinci mərhələ 2007-ci ildə başladı və bu ildən 5 illik yeni proqramı həyata keçiririk".

Baş katib ölkədəki stadionların durumundan da danışıb:

"Artıq bütün klubların oynaya biləcəyi stadionlara sahibik. Onların sayı 9-dur. Ən böyük arena 58000-lik Olimpiya Stadionudur və Çempionlar Liqası ilə Avropa Liqasının final oyununa namizəddir. AVRO-2020-yə ev sahibliyi edəcək ölkələrdən biriyik. Bu, 10 milyon əhalisi olan kiçik bir ölkə üçün ən böyük futbol tədbiri olacaq".

Elxan Məmmədov böyük və kiçik futbol ölkələri arasındakı uçurum barədə fikirlərini bildirib:

"İngiltərə və Fransada təhsil almışam. Məncə, böyük futbol ölkələrinin sistemini başa düşə bilirəm. Böyük və kiçik futbol ölkələri arasındakı uçurum get-gedə böyüyür və bu fərqi azaltmaq üçün əlimizdən gələni etməliyik. İnkişaf etməkdə olan ölkələrə müxtəlif strateji addımlarla kömək göstərməliyik. Bəzilərinin inkişafında böyük bir boşluq yaranıb və bunu aradan qaldırmaq lazımdır. Fərqləri götürməyin yolu "böyük beşliy"i zəiflətməkdən yox, digərlərini inkişaf etdirməkdən keçir".


oxunma sayı: 480 | Paylaş:




?>