')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi 2 pillə irəlilədi  - FIFA reytinqi

Azərbaycan millisi 2 pillə irəlilədi - FIFA reytinqi


oxunma sayı: 954 Paylaş:

FutbolPressMilli komandaların aprelin 6-da dərc olunacaq FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Son siyahı ilə müqayisədə bir sıra dəyişikliklər baş verib. Azərbaycan millisi də 2 pillə irəliləyib.

Yoldaşlıq oyununda Qətərə 2:1 hesabı ilə qalib gəlib, Almaniyaya seçmə matçında 1:4 uduzan yığmamız hesabına 6 xal əlavə edib. Bununla da millimizin xalı 386-ya çatb. Robert Prosineçkinin yetirmələri 89-cu yerdən 87-ci qalxıb.

Hazırda Azərbaycan yığması Norveç (86) və Svazilend (88) arasında qərarlaşıb. Yığma Norveçdən cəmi 1 xal geri qalıb.

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyində də bir sıra dəyişikliklər olub. Almaniya 3-cü pillədəki mövqeyini qoruyubsa, Şimali İrlandiya 9 pillə irəliləyib və 26-cıdır. Norveç 5, Çexiya 4, San-Marino 1 pillə geriləyib. Bu komandalar müvafiq olaraq, 86, 46 və 204-cü pillələrdə qərarlaşıblar.


oxunma sayı: 954 | Paylaş:




?>