')

Bu gün:


FutbolPress.Az | Millətlər Liqası: Azərbaycan millisinin potensial rəqibləri

Millətlər Liqası: Azərbaycan millisinin potensial rəqibləri


oxunma sayı: 1053 Paylaş:

FutbolPressUEFA Millətlər Liqası üçün liqaların ilkin tərkibini açıqlayıb.

55 assosiasiya 4 Liqaya bölünüb. Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasına düşüb. Bu, millinin hazırda 26-cı pillədə yer alması ilə əlaqədardır.

A və B liqalarındaa hərəyə 12, C Liqasındaa 15, D Liqasına isə 16 komanda yer alıb. Liqaların yekun tərkibi DÇ-2018-in təsnifat mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq.

Liqaların hazırkı tərkibi belədir:

A Liqası: Almaniya, Fransa, Portuqaliya, Belçika, İspaniya, İngiltərə, İsveçrə, İtaliya, Xorvatiya, Polşa, İslandiya, Bosniya və Herseqovina

B Liqası: İrlandiya, Rusiya, Avstriya, İsveç, Slovakiya, Uels, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Çexiya, Türkiyə, Macarıstan

C Liqası: Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Monteneqro, Norveç, Litva, AZƏRBAYCAN, Kipr, Ermənistan

D Liqası: Estoniya, Finlandiya, Belarus, Gürcüstan, Farer adaları, Latviya, Makedoniya, Qazaxıstan, Moldova, Lüksemburq, Lixtenşteyn, Kosovo, Malta, Andorra, San Marino, Cəbəllütariq


oxunma sayı: 1053 | Paylaş:




?>