')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin 80 illik yubileyidi, yoxsa toydu? (KİÇİK QEYD)

"Neftçi"nin 80 illik yubileyidi, yoxsa toydu? (KİÇİK QEYD)


oxunma sayı: 1571 Paylaş:

FutbolPressHeyf ki, "Neftçi"nin 80 illiyi bu rəhbərliyin vaxtına düşdü.

Yubiley tədbirləri silsiləsindən sabah günorta qala gecəsi keçiriləcək. Ancaq formata baxanda elə bil, toydu, yubiley tədbiri deyil. Nə media üçün açıqdı, nə klubun tarixində ad qoymuş simaların əksəri dəvət olunub, nə də.. digər çoxlu yanaşma çatışmazlıqları.

Klubun Müşahidə Şurasında ictimai xadimlər var, onların önündə Çingiz Abdullayev kimi öncülümüz durur, əcəba, tədbirin təşkilatıyla, planlarla tanış olmayıbmı? Görmürmü, bu, yubiley görüşündən çox, banketə, toya bənzəyir? Ayıb deyilmi?

"Xalqın komandası" xalqla klubun rabitəsini daim quran, onun əziyyətini çəkən mediaya belə hörmət qoyur?! Klubun elədiyi hörmətsizlikdən də o tərəfə, aşağılamadır. Təşəkkürlər, "Neftçi"! Nəinki media, unutduğun, saymadığın əsl "Neftçi"lilərə, vaxtilə dağılmaq təhlükəsiylə üz-üzə qalanda o klubu ayaqda saxlayan kəslərə qoyduğunuz "hörmət"ə görə 80 illiyi möhtəşəm elədiniz. Əhsən!


80 yaşın mübarək, neftimizin "çi" faydası...


oxunma sayı: 1571 | Paylaş:




?>