')

Bu gün:


FutbolPress.Az | Optimist deyilik, yoxsa  bizə əjdaha lazımdı? (XÜLASƏ)

Optimist deyilik, yoxsa  bizə əjdaha lazımdı? (XÜLASƏ)


oxunma sayı: 832 Paylaş:

FutbolPressAzərbaycan  - Almaniya (1:4) qarşılaşması haqda fikirlər iki əsas hissəyə bölünüb: millinin oyununda inkişaf görənlər, bunun əksini düşünənlər (ənənəçilər). Bir də var üçüncü istiqamət: radikalçılar. Onlara görə milli dünən son dünya çempionuna qarşı “nəsə eləməliydi" (gözdən yaş axan gülüş smayliki).

Görünürdü ki, rəqib dəhşətli dərəcədə motivasiya problemi yaşayır. Elə Qara Qarayevin, Dmitri Nazarovun, Cavid Hüseynovun bir neçə driblinqdə tribunaları coşdurması buna əyani sübutdur. Elə bu küyə düşən Əfran az əvvəl qol ötürməsi verməyinin “əvəzini çıxdı”. Şürrleyə qarşı təkbətək oyunda lazımsız, ayaqarası driblinqi etmək istəyərkən topu itirdi və həmin hücum qolla nəticələndi. Normalda peşəkar futbolçunun  meydanın özünə aid hissəsində bunu etməsi cinayətdi, anormallıq salnaməsidi, ancaq nə edək, Əfrandı da... Bunu etsəydi də, etməsəydi də, "panzerlər" motivasiyasız belə, qollarını vuracaqdı - necə ki Qomez bunu asanlıqla elədi...

Yığmamızın problemləri lokal müzakirəlik deyil. Problem Əfranı müzakirə edəcək, Prosineçkinin seçimlərini təftiş edəcək qədər kiçik anlayış deyil. Azərbaycanda problem hər sahədə nə boydadırsa, futbolda da aşağı-yuxarı o boydadı. Biz millinin oyunundakı emosiya, cəsarət cücərtilərinə su səpməyin tərəfdarı olsaq, optimist olub, dedi-qodu mahiyətli tənqidlərdən bir müddətlik imtina etsək...

Çünki Prosineçki oyunsonrası mətbuat konfransında dedi ki, istəyirəm, media təkcə çatışmazlıqları qabartmasın, iki cümləylə olsa da, tərifli məqamları da qeyd eləsin. Biz bir yol  tutmuşuq və irəliləyirik. Uğurlu olması üçün komanda ilə, məşqçilər korpusuyla media arasında kommunikasiya olmalıdır. İstəyim budur.

Kifayət qədər poizitv yanaşmadı. Baş məşqçinin kommunikasiya təklifi pakizədir. Qarşıda ciddi təkliflərlə çıxış eləməklə prosesdə iştirakçı olmaq mümkündür.

Azərbaycan futbolu birdən-birə “Amerika kəşf eləyə bilməz”. Müəyyən proses başlayıb. Bunun  davam etməsi üçün qarşılıqlı fikir mübadiləsi lazımdır. Fikir şəraiti tikir...


"FutbolPress"


oxunma sayı: 832 | Paylaş:




?>