')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan millisi bizə qarşı 200 faiz güc sərf edəcək" - Özil

"Azərbaycan millisi bizə qarşı 200 faiz güc sərf edəcək" - Özil


oxunma sayı: 505 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə mərhələsində martın 26-da Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının üzvü Mesut Özil açıqlama verib.

Təcrübəli yarımmüdafiəçi zədəsinin ciddi olmadığını və millimizə qarşı oynaya biləcəyini bildirib:

"Özümü yaxşı hiss edirəm. Bakıda meydana çıxmağa hazıram".

Özil Azərbaycan millisinin yaxşı komanda olduğunu, ancaq Bakıya yalnız qələbə üçün gəldiklərini deyib:

"Yeganə məqsədimiz 3 xaldı. Keyfiyyətli komandayıq. Ancaq rəqib də zəif deyil. Onlar 4 oyundan sonra 7 xal toplayıblar. Azərbaycan millisi son dünya çempionuna qarşı sona qədər mübarizə aparacaq. Bizə qarşı 200 faiz güc sərf edəcəklər".


oxunma sayı: 505 | Paylaş:




?>