')

Bu gün:


FutbolPress.Az | Almaniya millisində növbəti itki: o da oynamaya bilər

Almaniya millisində növbəti itki: o da oynamaya bilər


oxunma sayı: 287 Paylaş:

FutbolPressAlmaniya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə oyunöncəsi daha bir itki ilə üzləşib.

İngiltərə ilə yoldaşlıq matçında "Borussiya"nın yarımmüdafiəçisi Yulian Vayql zədələnib. 65-ci dəqiqətə əvəzlənən futbolçu ağrı hiss etdiyini bildirib

"Zədəm ağır olmasa da, ağrılar var. Azərbaycanla oyun üçün Bakıya gedəcəm, amma meydana çıxıb-çıxmayacağım dəqiq deyil. Bir gündə hər şey düzələ bilər. Amma zədəmin sağalmama ehtimalı var".

 Almaniya millisinin heyətində Noyer, Götse, Roys, Boatenq, Verner kimi futbolçuların oynamayacağı dəqiqdi. Özil, Xedira, Qomes və Drakslerin meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq.

Azərbaycan - Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


oxunma sayı: 287 | Paylaş:




?>