')

Bu gün:


FutbolPress.Az | "Bakıda "quru" seriyamızın davam edəcəyinə əminəm" - Yoahim Löv

"Bakıda "quru" seriyamızın davam edəcəyinə əminəm" - Yoahim Löv


oxunma sayı: 340 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə mərhələsndə martın 26-da Azərbaycan millisi ilə qarşılaşacaq Almaniya yığmasının baş məşqçisi Yoahim Löv qarşıdakı oyun barədə danışıb.

Bundestimin çalışdırıcısı Bakıda uğur qazanacaqlarına əmin olduğunu bildirib:

"Qələbə və "quru" seriyamızı bazar günü də davam etdirəcəyimizə tam əminəm. Ancaq hazırda Azərbaycan millisi seçmə mərhələdə heç vaxt oynamadığı qədər yaxşı çıxış edir. Matç asan keçməyəcək. Çünki onlar sürpriz etmyə qadirdilər".

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.


oxunma sayı: 340 | Paylaş:




?>