')

Bu gün:


FutbolPress.Az | "Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur" - Renat Dadaşov

"Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur" - Renat Dadaşov


oxunma sayı: 459 Paylaş:

FutbolPress"Hamı məndən Azərbaycan millisini seçməyimin səbəbini soruşur. Azərbaycan mənim vətənimdir, valideyinlərim burada doğulub, ürəyim Azərbaycanla döyünür".

Bu sözləri "CBC Sport"a açıqlamasında Azərbaycan millisinin üzvü Renat Dadaşov deyib.

Daha əvvəl Almaniyanın U-17 millisinin formasını geyinmiş gənc oyunçu Azərbaycan yığasında əvvəlki komandasına qarşı mübarizə aparacaq.

O, qarşıdakı matç haqqında danışıb: "Düşünürəm ki, düzgün qərar qəbul etmişəm. Almaniya ilə oyunu səbrsizliklə gözləyirəm. Əgər öz oynumuzu göstərsək, yaxşı nəticə əldə edə bilərik. 90 dəqiqə ərzində bütün bacarığımızı ortaya qoyacağıq. Nəticəni isə zaman göstərəcək".

Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


oxunma sayı: 459 | Paylaş:




?>