')

Bu gün:


FutbolPress.Az | Yarımfinal oyunları rəqəmlərin gözü ilə  (STATİSTİKA)

Yarımfinal oyunları rəqəmlərin gözü ilə (STATİSTİKA)


oxunma sayı: 99 Paylaş:

FutbolPressAzərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Yarışda mübarizəni davam etdirən komandalar ilk matçlarını martın 30-da keçirəcək. Üz-üzə gələcək hər iki cüt əvvəllər də kubokda qarşılaşıb. Peşəkar Futbol Liqasının rəsmi saytı yarımfinal cütlərinin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edib.

Azərbaycan kuboku

1/2 final
30 mart

 
15. "Neftçi" – "Qarabağ"  - 19 oyun, +5, =5, -9, top fərqi 16-16

Son iki mövsümün finalçıları bu dəfə yarımfinalda qarşılaşacaq. Ölkə kubokunda ən çox üz-üzə gələn cütlüyün yolları 12-ci dəfə kəsişib. Əvvəlki 11 duel çərçivəsində 19 matç baş tutub. 7 dəfə “Qarabağ”, 4 dəfə “Neftçi” cütün qalibi olub. Ümumilikdə isə ağdamlılar 9, rəqibi 5 dəfə qalib gəlibsə, top fərqində tarazlıqdır.


1993 1/4 final Qarabağ (Ağdam) - Neftçi (Bakı) 2:1, 0:0
1993/94 1/4 final Qarabağ (Ağdam) - Neftçi (Bakı)* +:-, +:-
1995/96 final Neftçi (Bakı) - Qarabağ (Ağdam)** 3:0
1996/97 1/4 final Neftçi (Bakı) - Qarabağ (Ağdam) 3:2, 0:1   
1998/99 1/8 final Qarabağ (Ağdam) - Neftçi (Bakı) 0:0, 0:2
2005/06 1/2 final Neftçi (Bakı) - Qarabağ (Ağdam) 0:0, 0:1
2006/07 1/8 final Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:2, 1:0
2008/09 1/4 final Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:0, 0:0
2012/13 1/2 final Neftçi (Bakı) - Qarabağ (Ağdam) 2:1, 2:2
2014/15 final Qarabağ (Ağdam) - Neftçi (Bakı)** 3:1
2015/16 final Qarabağ (Ağdam) - Neftçi (Bakı)** 1:0, ə.v.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
** - final oyunları neytral meydanda keçirilib.
 

16. "İnter" – "Qəbələ" – 2 oyun, +1, =0, -1, top fərqi 5-2

Kubokda yolları ikinci dəfə kəsişən komandaların ilk dueli 8 il əvvəl baş tutub. İndiki kimi 2008/09 mövsümündə də rəqiblər yarımfinalda görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə mərhələ adlayan “İnter” olub.


2008/09 1/2 final İnter (Bakı) - Qəbələ 5:0, 0:2
 


oxunma sayı: 99 | Paylaş:




?>