"Almaniya ilə cavab oyununa çağırılacağıma inanıram"
Paylaş:
Azərbaycan millisinin və Almaniyanın "Duysburq" klubunun üzvü Tuğrul Erat açıqlama verib.
O, yenidən milliyə qayıdacağına inandığını bildirib:
"Ruhdan düşməmişəm. Bu dəfə olmasa da, Almaniya ilə cavab oyununa çağırılacağıma inanıram.Ümid edirəm ki, oktyabra qədər mən də “Dyusburq”da meydana tez-tez çıxacam və yığmaya çağırılacam. Klubda çox oynasam, millinin baş məşqçisinin diqqət mərkəzinə düşə bilərəm".
Erat millinin heyətində 3 rəsmi oyun keçirib.
| Paylaş: