')

Bu gün:


FutbolPress.Az | DÇ-yə namizəd 8 sürpriz komanda: Azərbaycan, Şimali İrlandiya...

DÇ-yə namizəd 8 sürpriz komanda: Azərbaycan, Şimali İrlandiya...


oxunma sayı: 652 Paylaş:

FutbolPressAzərbaycan millisi DÇ-2018-in final mərhələsinə vəsiqə qazana biləcək sürpriz komandalar arasında yer alır. Bu barədə Rusiya mətbuatı maraqlı yazı dərc edib.

"Championat.com"-da gedən materialda millimizin sürpriz edə biləcək 8 komandadan biri olduğu qeyd edilib.

Rusiyalı həmkarlarımızın fikrincə, Azərbaycan yığmasının əsas rəqibi Şimali İrlandiyadı. Onlar Böyük Britaniyalıların yalnız top fərqinə görə millimizi qabaqlamasını qabardıb qrupda ikincilik uğrunda əsas mübarizənin bu iki komanda arasında gedəcəyini qeyd ediblər.

Robert Prosineçkinin komandasının Almaniya oyunlarının hər ikisinin qalması mənfi hal hesab edilsə də, millinin ev oyunlarının daha çox olması, xüsusilə Şimali İrlandiyanı evdə qəbul etməsi üstünlük kimi göstərilib.

Ruslar komandanın əsas liderləri kimi Kamran Ağayev, Emin Mahmudov və Ramil Şeydayevin adını vurğulayıblar.

Final mərhələsinə yollanması ehtimal edilən digər 7 sürpriz komanda isə bunlardır: Şimali irlandiya, Bolqarıstan, Monteneqro, Səudiyyə Ərəbistanı, Burkina-Faso, Ekvador və Panama.


q oxunma sayı: 652 | Paylaş:




?>