')

Bu gün:


FutbolPress.Az | Bundestimin dəmir müdafiəsi, qarşısıalınmaz hücum xətti -  statistika ümid vermir

Bundestimin dəmir müdafiəsi, qarşısıalınmaz hücum xətti - statistika ümid vermir


oxunma sayı: 339 Paylaş:

FutbolPressDÇ-2018-in semə mərhələsində Azərbaycan millisi növbəti oyununu martın 26-da Almaniya yığmasına qarşı keçirəcək.

Vacib oyun öncəsi komandaların bəzi statistik göstəricilərini təqdim edirik:

Bunadək almanlar millimizə 4 dəfə rəqib olublar. Hamısında da Bundestim sevinən tərəf olub. Almaniya millisi 15 dəfə fərqlənibsə, yığmamız rəqibinə 2 dəfə cavab verə bilib.

4 oyunun yarısında – 2 dəfə böyük hesablı nəticə qeydə alınıb.  2009-cu ilin 9 sentyabrında 4:0 uduzmuşuqsa, növbəti ilin 7 sentyabrında məğlubiyyət daha acı olub – 6:1. Digər iki oyunda isə "normal" hesabla – 0:2 və 1:3 məğlub olmuşuq.

Bundestimə qol vuranlardan heç biri – nə Murad Hüseynov, nə də Vaqif Cavadov hazırda millinin formasını geyinir.

Azərbaycan millisi keçirdiyi son 5 oyunun 3-də qalib gəlib, 1 heç-heçəyə imza atıbsa, 1 dəfə də məğlub olub. Bunlardan 4-ü DÇ-2018-in seçmə mərhələsinə, 1-i – sonuncusu isə Qətərlə yoldaşlıq oyununa təsadüf edib. Şimali İrlandiyaya böyük hesablı (0:4) məğlubiyyət top fərqini əleyhimizə çevirib – 4:5.

Millimizin son 5 ev oyunun statistikası belədir: 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət. Bunlardan 3-ü yoldaşlıq oyunu olub.

Almaniya millisi isə sonuncu məğlubiyyətini AVRO – 2016-da Fransa millisi ilə oyunda alıb.  Yoahim Lövün komandası baş tutan son 5 görüşün yalnız birində heç-heçə edib. Bu da yoxlama oyununda İtaliya ilə səfərdə baş tutmuş oyundu. Komanda son 5 oyunda qol buraxmayıb.

Bundestim son 5 səfər oyunundan yalnız birində uduzub. Bu da AÇ-nin Fransada keçirildiyi nəzərə alınsa. Almanlar qalan 4 səfər matçının heç birində qapısında top görməyib. Əvəzində San-Marinonu 8, Norveçi 3 dəfə məyus edib.

Maraq üçün qeyd edək ki, Azərbaycan millisi adıçəkilən yığmaların hər ikisinə qalib gəlməyi bacarıb. Eyni hesabla - 1:0.

Azərbaycan – Almaniya görüşü saat 20:00-da start götürəcək.


oxunma sayı: 339 | Paylaş:




?>