')

Bu gün:


FutbolPress.Az | "Almaniyaya asan təslim olmayacağıq" - Dmitri Nazarov

"Almaniyaya asan təslim olmayacağıq" - Dmitri Nazarov


oxunma sayı: 213 Paylaş:

FutbolPressAlmaniyanın "Aue" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov bu ölkənin mətbuatına açıqlama verib.

27 yaşlı yarımmüdafiəçi son vaxtlar "Aue"dəki çıxışından danışıb. O, söhbət əsnasında millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçirəcəyi oyun haqda da fikirlərini bildirib.

Nazarov dünya çempionlarına asan boyun əyməyəcəklərini deyib:

"Bu, bizim ölkəmiz üçün hadisə olacaq. Çünki dünya çempionu ölkəyə gəlir. Məncə, bazar günü bütün stadion dolu olacaq. Bəli, Almaniyaya qarşı oynamaq çətin olacaq. Ancaq hər şey ola bilər. Biz İtaliya və Xorvatiya kimi millilərə qarşı yaxşı oyun sərgiləmişik. Ona görə də narahat deyilik. Almaniyaya asan təslim olmayacağıq".

Azərbaycan - Almaniya oyunu martın 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


oxunma sayı: 213 | Paylaş:




?>